Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetimizin ən aktiv və ən məhsuldar gənc alimi
Yerləşdirilmə tarixi : 02 Fevral 2015 00:00
Universitetimizin ən aktiv və ən məhsuldar gənc alimi

Sumqayıt şəhər İcra Hakimiyyəti, Gənclər və İdman Baş İdarəsinin  birgə təşəbbüsü ilə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Sumqayıt Gəncləri 2015-ci ildə – vəzifələr və perspektivlər” mövzusunda şəhər gənclərinin toplantısı keçirildi.
Tədbiri giriş sözü ilə açan Gənclər və İdman Baş İdarəsinin rəisi Elşən Baxşəliyev respublikada gənclər siyasətinin əsasının qoyulmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdi və Gənclər gününün yaranma tarixindən danışdı.
Məruzə ətrafında Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının İdarə heyətinin üzvü Ceyhun Məmmədov, Sumqayıt Dövlət Universitetinin  “Ritorika Universal Klubu”nun sədri Arzu Nəbizadə, YAP-ın Sumqayıt Dövlət Universitetinin ilk ərazi təşkilatı Gənclər Birliyinin sədri Səma Əsədova, “Best Friends “Təhsil və Karyera” və “Panda School” Məktəbəqədər Tədris mərkəzlərinin direktoru Elvin Dadaşov, “Azərkimya” İstehsalat Birliyinin Gənclər təşkilatının sədri, Etilen-Politilen zavodunun piroliz sahəsinin rəisi İlqar Qurbanov, 21 №-li tam orta məktəbin XI sinif şagirdi Səma Məmmədzadə çıxış edərək dövlət başçısının uğurlu daxili və xarici siyasətinin Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi ilə nəticələndiyini və bu siyasətin aparıcı istiqamətlərindən birini gənclər siyasətinin təşkil etdiyini qeyd etdilər.
Sonra 2014-cü ildə fərqlənən gənclər və gənclər təşkilatları on yeddi nominasiya üzrə Baş İdarənin mükafatları ilə təltif edildilər. Bu tədbirdə Sumqayıt Dövlət Universitetini təmsil edən Aytən Niyazova Gənc alimlər içərisində “Ən aktiv və məhsuldar fəaliyyətinə görə gənc alim” adına layiq görülərək təltif olundu.
Onu da qeyd edək ki, Niyazova Aytən Ağaisa qızı 1983-cü ildə Sumqayıt şəhərində anadan olub. 1999-2003-cü illərdə BDU-da bakalavr, 2003-2005-ci illərdə Bakı Dövlət Universitetində “Üzvi kimya” ixtisası üzrə magistr pilləsini Fərqlənmə diplomu ilə bitirmişdir. 2005-ci ildən dissertant kimi elmi iş götürmüş, 2012-ci ildə müdafiə edərək kimya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi adını alıb. 2005-ci ildən SDU-nun Üzvi və fiziki kimya kafedrasında çalışır. Niyazova Aytən 20 elmi əsərin, 1 patent və 2 dərs vəsaitinin müəllifidir.
Universitetimizin gənc alimini təbrik edirik və  elmi fəaliyyətində uğurlar arzulayırıq!

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az