Prezident İlham Əliyev Sumqayıt Dövlət Texniki Kollecin direktorunu təltif etdi
Dekabrın 20-də Prezident İlham Əliyev “Sumqayıt şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxsləri “Tərəqqi” medalı və “Əməkdar müəllim” adları alması haqqında” sərəncam imzaladı.
Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin direktoru dosent Mətanət Pirquliyeva “Əməkdar” müəllim adına layiq görüldü. Sumqayıt Dövlət Universitetinin çalışan professor-müəllim heyətinin əməyini yüksək qiymətləndirən ölkə başçısı cənab İlham Əliyevə kollektivimiz adından dərin minnətdarlığımızı bildiririk .
Mətbuat xidməti