Yanvarın 26-da Sumqayıt şəhərində yerləşən M.Ə.Rəsulzadə adına kitabxanın filialında SDU YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Prezident cənab İlham Əliyev tərəfindən Azərbaycanda 2018 -ci ilin "Azərbaycan Xalq Cumhuriyyəti İli" elan edilməsi münasibətilə AXC-nin lideri M.Ə.Rəsulzadənin doğum gününə həsr olunmuş "Azərbaycan Xalq Cumhuriyyətinin banisi" başlığı altında oxucu konfransı keçirildi.
Konfransda AXC-nin tarixi, dövlətçilik tariximizdəki yeri və rolu, yaradılmasında müstəsna xidmətləri olan görkəmli ictimai xadimlərin fəaliyyətindən söz açıldı. Qeyd olundu ki, 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olmaqla yanaşı, xalqımızın tarixində mühüm bir hadisə idi. Belə ki, əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımız nəhayət ki, öz müstəqil dövlətinə sahib oldu.
Mətbuat xidməti