Fevralın 21-də Filologiya fakültəsində Tələbə Elmi  Cəmiyyətinin  elmi seminarı keçirildi. 
Seminarda Elm və innovasiyalar üzrə prorektor prof.  R.S.Məmmədov,  Universitet TEC-in  elmi rəhbəri dos. İ.G.Paşayev, SDU-nun TEC  şurasının sədri N.Səmədli, Filologiya fakültəsinin dekanı dos. S.S.Həmzəyeva,  dekan müavinləri R.M.Məmmədov, A.N.Abdullayev, kafedra müdirləri – f.e.d.  N.V.İsgəndərova, dos. A.İ.Məmmədov, TEC-in fakültə üzrə elmi rəhbəri  A.İ.Rəfiyeva və digər fakültələrin TEC üzvüləri   iştirak etdilər. 
Seminarı   giriş sözü ilə  universitetin  TEC-in  elmi rəhbəri dos. İ.G.Paşayev  açaraq bildirdi ki,   Rusiyanın  Voronej şəhərində keçiriləcək "XXI əsrin Gənclik və Elm: nailiyyətlər və  perspektivlər" adlı  Beynalxalq  elmi-praktiki konfransına göndəriləcək məqalələrin və TEC-in üzvlərinin  məruzələrinin fakültələr üzrə seminarlarda   müzakirəsi  nəzərdə tutulub. Ardıcıl  olaraq bütün  fakültələrdə seminarlarımız  keçiriləcəkdir. 
Mən çox sevinirəm  ki,   Filologiya fakültəsinin tələbə və  müəllim heyəti seminara belə həvəs göstərirlər. O, bildirdi ki, seminarı  keçirməkdə əsas məqsədimiz universitetimizin tələbələrinin  elmi   tədqiqat işinə cəlb olunmasından ibarətdir, o tələbələr nəzərdə tutulub  ki, onların elmə tədqiqat işinə həvəs və bacarığı var. Universitetin rektoru  Elxan Hüseynovun böyük diqqət və qayğısı əsasında biz bu işləri bütün elmi  potensialımıza söykənən gücümüzlə həyata keçirə biləcəyik.
Seminarda çıxış edən Elm və innovasiyalar üzrə  prorektor  prof. R.S.Məmmədov tələbələrin  elmi işlərə həvəslərinin artmasını, onların marağını  sevindirici hal kimi qiymətləndirdi. Biz  sevimirik ki,  bu günün tələbələri  gələcəyin alimləridir.Professor Ramazan Məmmədov  seminar iştirakçılarına  dəyərli məsləhət və tövsiyələr  verərək onlara uğurlar arzuladı. 
Seminarda Filologiya fakültəsinin dekanı, dos. S.S.Həmzəyeva  çıxış edərək bildirdi ki, bu cür seminarların təşkili universitetimizin  tarixində birincidir və bu tələbələrimizin elmə həvəsini daha da artıracaqdır. Universitet TEC-in təsisi qısa bir  vaxtda olmasına baxmayaraq, xeyli iş görülmüşdür bugünkü seminar da  görülən işin tərkib hissəsidir. S.S.Həmzəyeva  öz çıxışında seminarın yüksək səviyyədə  təşkilinə görə universiytet rəhbərliyinə təşəkkürünü bildirdi və  seminarın işinə uğurlar arzuladı.                                                                                                                                                                                    
Seminarın sonunda tələbələr Əfşan Veysəlova “Bədii  ədəbiyyatda “dar dalanların” təsviri”, Nurlan Səmədli “Jan Pol Sartr və  ekzistensializm”,  Namiq Paşayev “  Qoşmanın birgəlik növü ismin yeddinci halı kimi”, Laləndər Əzizzadə “Şəxsiyyətin  formalaşmasında temperamentin rolu”, Zəhra Quliyeva “Respublikamızdakı  ictimai-siyasi hadisələrin yeniyetmə şəxsiyyətinin formalaşmasına təsiri”, Həzrət  Abbasov “Anarın “Asılqanda işləyən qadının söhbəti” hekayəsində posmoderinizm  ünsürləri, Aynurə Yaqubova “Modal fellərin Azərbaycan dilinə tərcümə yolları  (Çarlz Dikkensin “Oliver Tvistin macəraları” əsəri əsasında), Nigar Məmmədova  Çarlz Dikkensin “Oliver Tvist” əsərində kimsəsiz uşaqların təsviri, Yaqut Abduləliyeva  Daniel Defonun “Robinzon Kruzo” əsərində hikmətli sözlər, Əfsanə Abbasova “Milli-mənəvi  dəyərlər Azərbaycan və ingilis atalar sözlərində”, Vəsimə “Nazarlı İstedadlı  uşaqların psixoloji xüsusiyyətləri” mövzularında məruzə ilə çıxış etdilər.
Hər məruzədən sonra  iştirakçı müəllim və tələbələr çıxış edənlərə suallar verərək məruzələr  ətrafında maraqlı diskussiyalar aparılırdı. 
Sonda  Universitet TEC-in  elmi rəhbəri dos. İ.G.Paşayev  Filologiya fakültəsinin dekanı dos.  S.S.Həmzəyevaya, fakültə TEC-in  elmi  rəhbəri  A.İ.Rəfiyevaya, məruzəçilərə və  fəal iştiraklarına görə müəllim və tələbələrə təşəkkür etdi.  
Növbəti seminarın 28.02.2015-ci il tarixində Fizika və  Elektroenergetika fakültəsində keçiriləcəyi qeyd olundu.
Mətbuat xidməti