“Healthy sheep and Happy people” layihəsinin nəticəsi Xızı rayonunda tətbiq olundu
Hər kəsin sağlam qida qəbul etmək hüququ var. İnsanların sağlam qida ilə təmin olunmasında vasitəçi olmağımızla qürur duyuruq
EANCTUS SDU komandası ENACTUS proqramı çərçivəsində “Healthy sheep and Happy people” layihəsinin həyata keçirilməsi məqsədilə Xızı rayonunda (Yaşma, Fındığan və Qarabulaq kəndlərində) 3 fermer təsərrüfatında oldular.
Lahiyənin rəhbəri Biologiya və onun tədrisi metodikası kafedrasının baş müəllimi Aysel Ağayeva layihə haqqında məlumat verərək qeyd etdi ki, layihənin nəzərdə tutulan məqsədi zərərin aradan qaldırılaraq iqtisadi gəlirin artırılmasıdır. Səyyar laboratoriyalarda 3 iş həyata keçirildi. Xızı rayonunda (Yaşma, Fındığan və Qarabulaq kəndlərində) 3 fermer təsərrüfatında layihə tətbiq edildi. Komanda 1000 baş xırdabuynuzlu təsərrüfatda aparılan hesabatla tanış oldu. Fermer təsərrüfatlarında aparılan sorğu və müşahidələr əsasında məlum oldu ki, ümumən helmintozlardan xəstəliyə görə il ərzində orta hesabla 10 % heyvan tələf olur. Beləliklə, xırdabuynuzlu heyvanlarda helmintozları məhv edərək, yüksəkkeyfiyyətli ət və ət məhsulları əldə etmək üçün diaqnostik, müalicə və profilaktik işləri həyata keçirə bilən səyyar laboratoriya yaradıldı. Ən əsası isə layihə sahibkara az xərc qoymaqla yüksək gəlir əldə etməyə imkan verəcək. Qeyd edək ki, bu layihənin həyata keçirilməsi ilə fermer heyvan itkisinin qarşısını alır, vaxtına qənaət etməklə təsərrüfatından ayrılmadan müalicə profilaktika tədbirlərini gördürür, laboratoriyada işçi qüvvənin bioloq və baytarlardan ibarət olması ilə işsizliyin qismən də olsa azaldılmasına nail olunur, bununla da əhali sağlam ət və ət məhsulları ilə təmin olunur.
Mətbuat xidməti