Əməkdaşlarımız Erasmus+ PETRA layihəsinin növbəti görüşündə
Əməkdaşlarımız aprelin 18-də Xəzər Universitetində ERASMUS+ layihəsi çərçivəsində növbəti idarəetmə görüşündə iştirak etdilər
Tədbirdə respublikamızda fəaliyyət göstərən bir çox universitetləri ilə yanaşı, Avropa ölkəllərindən Qazi Universiteti (Türkiyə), Debrecen Universiteti (Macarıstan), Valensiya Politexnik Universiteti (İspaniya), Vyana Tətbiqi Elmlər Universiteti (Avstriya), Jyväskylä Universiteti (Finlandiya) olan tərəfdaş universitetlərin 30-a yaxın nümayəndəsi iştirak etdilər.
2 gün keçirilən görüşdə layihənin gedişi, indiyə qədər görülən işlər, layihə çərçivəsində Azərbaycan universitetlərində Təlim və Tədris Mərkəzinin (Teachingand Learning Centre) yaradılması, layihə çərçivəsindəki konfranslar və görüləcək işlər haqqında müzakirələr aparıldı.
Sumqayıt Dövlət Universitetini Mühəndislik fakültəsinin professoru Cavanşir Məmmədov, İqtisadiyyat və İdarəetmə fakültəsinin dosenti Loğman Abdullayev, Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Samirə Məmmədova və həmin şöbənin metodisti Samirə Kərimova təmsil etdilər.
Qeyd edək ki, layihənin avropalı tərəfdaşları 2018-ci il aprelin 20-si və 21-də Xəzər Universitetində keçiriləcək “Qloballaşan Təhsil” I Beynəlxalq Təhsil elmləri konfransında məruzələr edəcəklər.
Mətbuat xidməti