Ceyhun Əziz oğlu Bayramov Azərbaycan Respublikasının təhsil naziri təyin edildi
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram: Ceyhun Əziz oğlu Bayramov Azərbaycan Respublikasının təhsil naziri təyin edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 aprel 2018-ci il.