Aprelin 25-də Filologiya fakültəsində Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müəllimi Günel Paşayevanın təşəbbüsü və təşkilatçlığı iləAzərbaycan dilinin və ədəbiyyatının inkişafında əvəzsiz xidmətləri olan ədəbiyyatşünas, şair, türkoloq, dilşünas, mətnşünas alim Bəkir Çobanzadənin anadan olmasının 125-ci ildönümünə həsr olunmuş “Yarımçıq qalmış ömrün hekayəti” adlı elmi seminar keçirildi. Seminarda Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva, Xarici dil kafedrasının müdiri professor Nigar İsgəndərova, Pedaqogika və psixologiya kafedrasının müdiri dosent Aytəkin Məmmədova, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Elnarə Əhmədova, müəllim Leyla Əliyeva və baş laborant Mətanət Ağasıyeva iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri Böyükxanım Eminli seminarın əhəmiyyətindən danışaraq dahi alimin xatirəsinə ehtiramı ifadə edən bu seminarın təşkilinə görə Günel Paşayevaya və tələbələrə təşəkkürünü bildirdi. Fakültənin 901-ci qrup tələbələri: Jalə Ağayeva, Nəzrin Adıgözəlzadə, Elnarə Quliyeva, Şamayıl Abdullayeva, Aytac Mirzəyeva, Aytac Məhərrəmli, Aynur Zülfüqarova, Nilufər Yaşarzadə, Ramin Mehdiyev və digərləri alimin həyat və yaradıcılığı, elmi-pedaqoji fəaliyyəti, Türk xalqlarının yeni əlifbaya keçməsi yolunda apardığı mübarizə, eyni zamanda SSRİ-yə qarşı silahlı üsyana hazırlıqla bağlı fəal iş aparması, xarici dövlətlərin kəşfiyyat orqanları ilə əlaqədə olması və onlara öz ölkəsi barədə vaxtaşırı məlumatlar verməsi, Sovet İttifaqına qarşı üsyan qaldırılmasının fəal iştirakıçısı olması kimi ittihamlarla repressiyaya məruz qaldığı dönəmdə Pyatiqorsk həbsxanasında keçirdiyi iztirablı, ağrı-acılı günlər və amansızca ölümə məhkum edilməsi haqqında məruzələrlə çıxış etdilər.
Tədbirdə böyük alimin Azərbaycan Milli Kitabxanasının arxiv şöbəsində qorunub-saxlanan elmi kitabları da nümayiş etdirildi.
Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva, Xarici dil kafedrasının müdiri professor Nigar İsgəndərova, Pedaqogika və psixologiya kafedrasının müdiri dosent Aytəkin Məmmədova çıxış edərək bu kimi tədbirlərin tələbələr üçün böyük önəm daşıdığını qeyd etdilər.
Mətbuat xidməti