SDU-da “III Tələbələrarası məntiq olimpiadası” keçirildi
Aprelin 28-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının, Xəzər Universiteti, Kainat Tədris Mərkəzinin, “Veysəloğlu” şirkətlər qrupunun birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş “III Tələbələrarası məntiq olimpiadası” keçirildi.
Olimpiadanın keçirilməsində məqsəd tələbə-gənclərin ümumi biliklərinin artmasına təkan vermək, istedadlı, xüsusilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş tələbələri aşkara çıxarmaq və elmə maraqlarını artırmaqdır. Qeyd edək ki, olimpiadada universitetimizdən 70-dən çox tələbə öz biliklərini sınadılar. İki saat ərzində 50 test sualını cavablandırdılar. İlk turda uğur əldə edən tələbələr olimpiadanın final mərhələsinə vəsiqə qazanacaqlar. İkinci mərhələ mayın 13-də keçiriləcək.
Mətbuat xidməti