Elmi Şuranın növbəti iclası keçirildi
Aprelin 30-da Sumqayıt Dövlət UniversitetininElmi şurasının növbəti iclası keçrildi. Universitetin rektoru professor Elxan Hüseynov iclasın gündəliyini elan etməzdən əvvəl aprelin 11-də ölkəmizdə keçirilən prezident seçkilərindən, xalqın etimadını, inamını qazanan cənab İlham Əliyevin bir daha böyük səs çoxluğu ilə prezident seçilməsindən danışdı. Rektor ölkənin ictimai-siyasi həyatında SDU-nun kollektivinin də üzərinə mühüm vəzifələr düşdüyünü qeyd etdi. Bildirdi ki, gələcəyimiz yeni-yeni hədəflərdən və böyük ruh yüksəkliyi ilə çalışmaqdan ibarətdir. İnanıram ki, möhtərəm prezident cənab İlham Əliyev növbəti illərdə də uğurlara öz imzasını atacaq, xalqımız gələcəyə daha böyük inamla addımlayacaq. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 aprel 2018-ci il tarixli Sərəncamı iləCeyhun Bayramov təhsil naziri təyin olundu. Bu münasibətlə Sumqayıt Dövlət Universitetinin çoxsaylı professor-müəllim və tələbə heyəti adından Təhsil naziri cənab Ceyhun Bayramovutəbrik edir, tutduğu bu ali kürsü həm məsuliyyətli, həm də şərəfli bir vəzifə olduğu üçün fəaliyyətində daim yeniliklər, uğurlar arzu edirik.
Rektorun geniş və məzmunlu çıxışından sonra iclasın gündəliyində duran məsələlər müzakirə olundu.
Humanitar məsələlər üzrə prorektor dosent Ramiz HüseynovÜmummilli Lider Heydər Əliyevin anadan olmasının 95 və Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılmasının 100-cü ildönümü münasibətilə keçiriləcək tədbirlər haqqında məlumat verdi.
Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov 2014-2015-ci tədris ilində keçirilmiş Akkreditasiyadan sonra görülən işlər barədə məruzə ilə çıxış etdi. Bildirdi ki, 2014-cü ildən universitetimizdə elm və təhsil sahəsində genişmiqyaslı islahatlar davamlı surətdə həyata keçirildi.
Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov II kurs magistrantların elmi tədqiqat, elmi pedaqoji təcrübələrinin və attestasiyalarının nəticələri barədə, Fizika və elektroenergetika fakültəsinin dekanı dosent Tamella Əhmədova Rusiya – Azərbaycan Universitetləri Assosiasiyasının Memorandumu əsasında universitet əməkdaşlarının Sankt - Peterburq Politexnik Universiteti, Kazan Dövlət Energetika Universitetiilə SDU arasında birgə əməkdaşlığa dair razılıq əldə edilməsi barədə məlumat verdilər.
İclas qarşılıqlı müzakirələr və təkliflərin səsləndirilməsi ilə davam etdi.
Mətbuat xidməti