Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 –ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı öz işinə başladı
Yerləşdirilmə tarixi : 04 May 2018 15:29
SDU-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 –ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı öz işinə başladı
Mayın 4-də Sumqayıt Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 –ci il dönümünə həsr olunmuş “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarıdır” mövzusunda Respublika elmi konfransı öz işinə başladı.
Konfransda respublikamızda fəaliyyət göstərən bir çox ali təhsil müəssisələrinin alimləri iştirak etdilər.
Əvvəlcə tədbir iştirakçıları universitetin foyesində ucaldılan ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər. 
Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov konfransı giriş nitqi ilə açaraq Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən danışdı, dahi rəhbərin anadan olmasının 95-ci ildönümünün respublikamızda və ölkəmizdən kənarda dərin hörmət və ehtiramla geniş qeyd olunduğunu vurğuladı. Bildirdi ki, Ulu öndər Heydər Əliyevin doğum gününün yüksək coşqu ilə qeyd olunması Azərbaycan xalqının dahi şəxsiyyətin ölkəmiz qarşısında xidmətlərinə verdiyi yüksək qiymətin, onun xatirəsinə hörmət və ehtiramının təzahürüdür. Azərbaycan xalqı hər zaman Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edəcək. Çünki bütün varlığı ilə Vətənə və xalqa candan bağlı olan böyük şəxsiyyət və dövlət xadimi Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etmişdir.Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Prorektor onu da diqqətə catdırdı ki, xalqın iradəsi və təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan Ulu öndər Azərbaycanı xaos və böhrandan çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, atəşkəsə nail oldu, böyük xilaskar missiyasını yerinə yetirdi. Yüz illər keçəndən sonra da Ulu öndər haqqında hər dəfə yeni fikirlər səslənəcək. Çünki Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsidir. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun Heydər Əliyev kimi dahi bir rəhbəri olub və hazırda Ulu öndərin siyasəti Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilirir.
Konfransda SDU-nun Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarıdır”, ADİU-nun Humanitar fənlər kafedrasının professoru Abbas Seyidov “Heydər Əliyevin  1990-1993-cü illərdə Naxçıvanda həyata keçirdiyi mühüm tədbirlər”, AMEA, A.A.Bakıxanov adına Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri Ədalət Qasımov “Heydər Əliyev və Azərbaycan Respublikasında ordu quruculuğu” mövzularında məruzə ilə çıxış edərək müasir Azərbaycan dövlətinin memarı və qurucusu Ulu öndərin həyatı, dövlətçilik tariximizdə mühüm əhəmiyyət kəsb edən fəaliyyəti haqqında məlumat verdilər. Bildirdilər ki, dahi şəxsiyyət xalqımızın və dövlətçiliyimizin ən ağır vaxtında məsuliyyəti öz üzərinə götürərək uzaqgörən siyasəti ilə Azərbaycanı inkişaf yoluna çıxarmış, dövlətçiliyimizi məhv olmaqdan xilas etmişdir. Bir sözlə, ümummilli lider, Heydər Əliyevin Azərbaycan dövlətçiliyi və xalqımızın rifahı naminə göstərdiyi fəaliyyət xalqımız tərəfindən həmişə fəxrlə yad edilir.
Konfrans öz işini üç bölmə üzrə davam etdirdi. 
Qeyd edək ki, konfransa 180 tezis qəbul edilmiş və konfrans materialları toplusu şəklində çap olunmuşdur.
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az