Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə İdman klubunun təşkilatçılığı ilə aprelin 12-dən 30-dək tələbələrin fakültələrarası idmanın dörd növü üzrə (voleybol, şahmat, stolüstü tennis, atıcılıq) üzrə spartakiada keçirildi.
Spartakiadanın məqsədi ümummilli lider Heydər Əliyevin xatirəsinin yad olunması, tələbələrin sağlamlığının möhkəmləndirilməsi, onların fəal həyat tərzinə cəlb edilməsi, eyni zamanda ali təhsil müəssisəsində idmanın və bədən tərbiyəsinin kütləviliyinə nail olmaq, ən yaxşı idman kollektivini müəyyən etməkdir.
Açılış mərasimində İdman klubunun müdiri dosent Zakir Məmmədov ümummilli lider Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyətindən bəhs etdi, müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan Ulu öndərin strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsinin mühüm uğurlarla nəticələndiyini diqqətə çatdırdı. Zakir Məmmədov digər sahələrlə yanaşı, idmanın inkişafının da bu strategiyanın tərkib hissəsi olduğunu vurğuladı. Qeyd etdi ki, Azərbaycan Respublikasında idmanın inkişafı ildən-ilə geniş vüsət alır. Müstəqilliyimizi əldə etdiyimiz vaxtdan bu günə qədər Azərbaycan idmançılarının müxtəlifsəviyyəli beynəlxalq yarışlarda medallara layiq görülməsi bunun əyani sübutudur. Və çox sevindirici amildir ki, həmin mötəbər yarışlarda medal qazananlar arasında unuversitetimizin tələbələri də vardı. Tələbələrimizn əldə etdiyi uğurlar universitetimizdə idmanın inkişafı üçün yaradılan şəraitin bariz göstəricisidir. Dosent Zakir Məmmədov birincilik uğrunda mübarizə aparan tələbələrin hər birinə qələbə sevinci arzuladı.
Çıxışdan sonra spartakiadaya start verildi. Gərgin rəqabət və idman mü¬barizəsi şəraitində davam edən yarışda idmançı tələbələr öz ustalıqlarını nümayiş etdirdilər.
Ümumi nəticələrə görə, voleybol idman yarışı üzrə Kimya və biologiya fakültəsinin komandası I, Tarix və coğrafiya II, Filologiya III, Şahmat üzrə İqtisadiyyat və idarəetmə I, Tarix və coğrafiya II, Riyaziyyat III, Stolüstü tennis üzrə Kimya və biologiya I, Riyaziyyat II, Fizika və elektroenergetika III, atıcılıq üzrə Kimya və biologiya 170, Mühəndis 134, Filologiya 124, Riyaziyyat 124 xal toplayaraq I,II,III yerləri bölüşdülər. Məqsəd tələbələrin idman sahəsində qabiliyyətlərini üzə çıxarmaq və gənc nəsil arasında vətənpərvərliyi təbliğ etməkdən ibarətdir.
Sonra qaliblərə mükafatlar təqdim olundu.
Mətbuat xidməti