Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Elmi şuranın növbəti iclası keçirildi
Yerləşdirilmə tarixi : 01 İyun 2018 12:10
Elmi şuranın növbəti iclası keçirildi
Mayın 31-də Sumqayıt Dövlət Universitetinin Elmi şurasının növbəti iclası keçirildi.
Universitetin rektoru, professor Elxan Hüseynov iclasın gündəliyini elan etməmişdən öncə qeyd etdi ki, möhtərəm prezident cənab İlham Əliyev Azərbaycan Respublikasında təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə  professor Həsən Sadıqova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında imzaladığı sərəncamı universitetimizin professor-müəllim heyəti və  bütün kollektivi tərəfindən böyük sevinc hissi ilə qarşılandı.Kollektivimizə göstərilən bu etimad biz ziyalıları daha əzmlə, ölkənin elmi elitasının formalaşması istiqamətində çalışmağa sövq edir. 
Tədris Metodik Mərkəzinin direktoru dosent İsabal Qurbanov akademik qruplarda keçirilən kollokviumun nəticələri və imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında, Elm və innovasiyalar üzrə prorektor professor  Ramazan Məmmədov universitetdə keçirilmiş konfransların nəticələri, Tədris Metodik Şuranın sədri dosent Musa Mustafayev kafedralarda keçirilmiş açıq dərslərin nəticələri barədə ətraflı məruzə etdilər.
İclasda Kimya və biologiya fakültəsinin dekanı dosent Mahal Muradov bir qrup tələbə ilə Ufa Dövlət Neft Texniki Universitetində keçirilən “Kimya sənayesinin proses və aparatları” fənn olimpiadasındakı iştirakından söhbət açdı. Bildirdi ki, tələbələrimiz universitetimizi layiqincə təmsil etdilər. Səfər təəssüratını slayd vasitəsi ilə bölüşərək Ufa Dövlət Neft Texniki Universitetinin rektoru  professor Ramil Baxtizinin salamlarını rektor professor Elxan Hüseynova, Elmi şura üzvülərinin diqqətinə çatdırdı və professor Ramil Baxtizinin təşəkkür məktubunu oxudu. Dosent Mahal Muradov ikitərəfli əlaqələrin möhkəm təməllər  üzərində qurulduğundan və gələcək perespektivlərdən bəhs etdi.
Gündəlikdəki məslələr Şura üzvləri tərəfindən müzakirə edilərək, qərarlar qəbul olundu. Rektor professor Elxan Hüseynov Elmi Şura üzvlərinə iclasda qəbul olunan qərarların, irəli sürülən vəzifələrin icrası ilə bağlı tapşırıq və tövsiyələrini verdi.
Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi barədə Elmi katib professor Muxtar Səmədov çıxış edərək 7 tədris vəsaitinə nəşr hüququ(qrif) verilməsi məsələsini Elmi şura üzvlərinin nəzərinə çatdırdı, qeyd etdi ki, təqdim olunan dərs vəasitələri SDU-nun Redaksiya və nəşriyyat şurasının uyğun bölmələrində baxılıb və ekspert rəyi ilə Elmi Şuraya tövsiyə edilir. Fənn proqramları isə Fakültə Elmi Şuraları və SDU-nun Tədris-metodik şurası tərəfindən Elmi şuraya tövsiyə edilir. Aparılan müzakilərdən sonra müvafiq qərarlar qəbul olundu. Sonra universitetin 3 nəfər əməkdaşının müvafiq kafedralar üzrə dosent elmi adının alınması, və bir nəfər əməkdaşın 0,5 şt.professor vəzifəsinə seçilməsi məsəsləsi müzakirə olundu və gizli səsvermənin nəticələrinə əsasən qərar qəbul olundu. Bununla da Elmi şuranın növbəti iclası başa çatdı. 
 
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az