Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da 15 iyun - Milli Qurtuluş Günü qeyd edildi
Yerləşdirilmə tarixi : 13 İyun 2018 16:19
SDU-da 15 iyun - Milli Qurtuluş Günü qeyd edildi
Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. Bu münasibətlə iyunun 13-də Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev məktəbində “Azərbaycanın siyasi tarixində Qurtuluş Günü - Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı” mövzusunda tədbir  keçirildi.
Tədbirdə Əməkdar elm xadimi, “Şöhrət”  ordenli ictimai–siyasi  xadim, təhsil eksperti professor Şahlar Əsgərov,  SDU-nun professor-müəllim və tələbə heyəti iştrak etdi.
Rektor professor Elxan Hüseynov tədbiri giriş sözü ilə açaraq Milli Qurtuluş Günü münasibəti ilə təbriklərini çatdırdı və bu günün qeyd edilməsinin əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçilməsi xalqımızın qurtuluş, qəhrəmanlıq tarixidir. Məhz həmin tarixdən Azərbaycan xalqının çox böyük  çətinliklərlə yenidən əldə etdiyi müstəqilliyinin xilası başlandı. Ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı xalqımızın çoxəsrlik tarixinə möhtəşəm hadisə kimi daxil olmaqla, milli qurtuluşumuzun təməlini qoydu. Rektor onu da qeyd etdi ki, əgər xalqın təkidi ilə Ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə gəlməsəydi, bugünkü müstəqil Azərbaycanın varlığından danışmaq çətin olardı. Bu qayıdış, ilk növbədə, Azərbaycanın müstəqilliyini, dövlətçiliyini qoruyub saxladı, ölkəni parçalanmadan, vətəndaş müharibəsindən, düşmən işğalının geniş miqyas almasından xilas etdi. Bu təqvim Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Ümummilli lider Heydər Əliyevin siyasətdə və dövlət idarəçiliyində qazandığı nailiyyətlər, ilk növbədə, xalqın dəstəyinə, ictimai inam amilinə söykəndi. Ümummilli lider Heydər Əliyevin idarəçilik məktəbinin layiqli davamçısı Prezident cənab İlham Əliyev bu gün Ulu öndərin siyasi xəttini uğurla davam etdirir. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin toxunulmazlığına münasibətdə göstərdiyi prinsipial mövqe, ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı qəbul etdiyi qərarlar, vətəndaşlara qayğısı bunun əyani təcəssümüdür.
Əməkdar elm xadimi, “Şöhrət” ordenli ictimai–siyasi  xadim, təhsil eksperti – professor Şahlar Əsgərov “Azərbaycanın siyasi tarixinə Qurtuluş Günü - Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı” mövzusunda məruzə ilə çıxış edərək Ulu öndərin tarixi xidmətlərindən, dövlətçilik və azərbaycançılıq ideyasından danışdı.  Bildirdi ki, müasir müstəqil dövlətimizin yaranmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin xidmətləri misilsizdir. Dahi lider 1994-cü ildə atəşkəsə nail olaraq ölkəmizin inkişafı üçün şərait yaratdı, xalqın gözlədiyi qurtuluş missiyasını reallaşdırdı. Məhz Heydər Əliyev dühası Azərbaycan xalqını, Azərbaycan dövlətçiliyini, o cümlədən Azərbaycanın iqtisadiyyatını dağılmaq, məhv olmaq təhlükəsindən xilas etdi. 1994-cü ildə “Əsrin müqaviləsi”nin bağlanması gənc Azərbaycan Respublikasının dünya iqtisadiyyatına inteqrasiya etməsində, onun tranzit potensialının artmasında mühüm addım oldu. Bu müqavilə Şərqlə Qərb arasında əməkdaşlıqda Azərbaycanın regiondakı liderliyini təmin etdi. Bir sözlə, ölkə iqtisadiyyatında davamlı və dinamik inkişaf məntiqinə əsaslanan islahatların gerçəkləşməsi yeni-Azərbaycan modelini yaratdı.
Tədbirdə Diferensial tənliklər və optimallaşdırma kafedrasının  dosenti Əməkdar müəllim Əkbər Məmmədov “Qurtuluş  ərəfəsində  hakimiyyətdaxili  siyasi  böhran”, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor  Şirxan Səlimov “Ulu  öndərin Bakı və Gəncə  səfəri”, Tarix və coğrafiya fakültəsinin   II  kurs tələbəsi Rübabə Sadıqova “15 İyun 1993 – cü il  Qurtuluş  Günü”, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti Əməkdar müəllim Bəhram Məmmədli “Heydər Əliyevin Azərbaycanda ictimai–siyasi sabitliyin yaranmasında tarixi  xidmətləri” mövzularında çıxış edərək Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə bütün sahələrdə müdrik və məqsədyönlü siyasətindən, respublikamızın sürətli inkişafında həyata keçirdiyi islahatlardan söz açdılar.
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az