Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetimizin alimləri “Eurasian Gis 2018” beynəlxalq konqresində məruzə ilə çıxış etdilər
Yerləşdirilmə tarixi : 13 Sentyabr 2018 13:20
Universitetimizin alimləri “Eurasian Gis 2018” beynəlxalq konqresində məruzə ilə çıxış etdilər
Sentyabrın 4-dən 7–dək Azərbaycan Milli Elmlər Akademiyasında akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, Bakı Dövlət Universiteti və Türkiyənin Səlcuq Universitetinin təşkilatçılığı ilə ətraf mühitin məsafədən zondlama materiallarının köməyi ilə tədqiqinə həsr olunmuş “Eurasian Gis–2018” Beynəlxalq konqresi keçirilmişdir. Konqresdə Azərbaycan, Rusiya Federasiyası, Türkiyə və bir sıra digər dövlətlərdən alimlər dəvət olunmuşdular.  Bu konqresdə Sumqayıt Dövlət Universitetinin əməkdaşlarından Coğrafiya və onun tədrisi metodikası kafedrasının müdiri professor Tahir Ağayev, dosent İlham Mərdanov və həmin kafedranın baş müəllimi Məsud Alməmmədli fəal iştirak etmiş, T.D. Ağayev “THE CONDITIONS OF FORMATION OF CLOUD VORTEX ON THE CASPIAN SEA (Xəzər dənizi üzərində bulud burulğanlarının formalaşma şəraiti)” mövzusunda, İ.İ. Mərdanov isə “THE TRANSFORMATIONS OF SLOPE SLIDE LANDSCAPES OF GREAT CAUCASUS: POSSIBILITIES OF DISCOVERING OF MAIN FACTORS (Böyük Qafqazın sürüşmə landşaftlarının transformasiyası: əsas amillərin müəyyənləşdirilməsi imkanları)” mövzularında məruzə ilə çıxış etmişlər.
 

 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az