Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | İnformasiya mərkəzlərindən tələb edirik ki, yanlış məlumata görə təkzib versinlər
Yerləşdirilmə tarixi : 17 Sentyabr 2018 17:26
İnformasiya mərkəzlərindən tələb edirik ki, yanlış məlumata görə təkzib versinlər
Bu gün bəzi xəbər portallarında Xəzər dənizinin Sumqayıt hissəsində boğulan iki gəncin Sumqayıt Dövlət Universitetinin tələbələri olduğu xəbəri yayımlanmışdır.
Qeyd edək ki, SDU-nun heç bir fakültəsində Cəlilabad rayonu, Uzuntəpə kənd sakinləri: 2000-ci il təvəllüdlü Hüseynov Fərid Ələddin oğlu və 1999-cu il təvəllüdlü Bağırzadə Hakim Hatəm oğlu adlı tələbələr təhsil almır.
Bu barədə məlumat yayan informasiya mərkəzlərindən tələb edirik ki, yanlış məlumata görə təkzib versinlər. 
Gənclərin ailələrinə dərin hüznlə başsağlığı verir, Allahdan səbr diləyirik!
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az