Martın 12-də SDU-nun Heydər Əliyev Mərkəzində Yeni  Azərbaycan Partiyasının (YAP) sıralarına qəbul olunmuş 2,3,4 - cü kurs tələbələrinə  partiya biletinin təqdim olunması ilə bağlı tədbir keçirildi. Tədbiri giriş  sözü ilə açan fakültənin dekanı, professor Adil Baxşəliyev qeyd etdi ki, YAP  sıralarına  tələbələr öz arzuları əsasında  üzv qəbul olunurlar. 
  Yaradıcısı Ulu Öndərimiz Heydər Əliyev olan YAP xalqımızın  müstəqillik tarixində şərəfli yeri, böyük xidmətləri olan bir partiyadır. Dahi  şəxsiyyətin söylədiyi müdrik kəlamı siz tələbələrin diqqətinə çatdırmaq istəyirəm.  “Yeni Azərbaycan Partiyası Azərbaycanı Müstəqillik yolunda inkişaf etdirməyə  qadir bir partiyadır”. Əziz tələbələr belə bir partiyanın üzvü olmaq sizin üçün  nə qədər şərəflidirsə, bir o qədər də məsuliyyətlidir. Siz partiya üzvü kim həm  universitet həyatında, həm də gələcəkdə ölkəmizin müxtəlif sahələrində bir gənc  mütəxəssis kimi partiya prinsipləri əsasında fəaliyyət göstərəcəksiniz . Mən  sizin hər birinizi universitetin rektoru Elxan Hüseynovun adından təbrik edirəm.
Tədbirin sonunda  Hüquq və fəlsəfə kafedrasının müdiri, professor Həsən Sadıqov, dekan müavini,  baş müəllim Osman Hacıyev tələbələrə Yeni Azərbaycan Partiyasının biletlərini təqdim  etdi. Partiya sıralarına qəbul olan tələbələr təmsil etdikləri YAP adına layiq  olmaq üçün təhsil aldıqları universitetdə güclü bilik əldə edəcək və bu biliklə  gənc bir mütəxəssis kimi ölkəmizin ictimai siyasi həyatında fəal iştirak edəcəklərini  bildirdilər.
Mətbuat xidməti