Gələcəkdə  kadrların peşəkarlığının inkişafında xarici dillərin hərtərəfli öyrənilməsi  əhəmiyyətli məsələdir və bu gün xarici dillərin tədrisi müasir tələblər  əsasında aparılmalı, yetişdirilən kadrların hazırlıq səviyyəsi dünya  standartlarına cavab verməlidir.  Xarici  ölkələrlə artan iqtisadi, siyasi, mədəni əlaqələr xarici dillərin əməli şəkildə  öyrənilməsini tələb edir. İKT-ın inkişafı dil tədrisinə də böyük təsir  etmişdir. İKT-nin  tətbiqi və elektron dərsliklərdən istifadə yolları da artıq inkişaf etməkdədir. 
  Elə bu məqsədlə də Xarici dillər  kafedrasında kafedranın müdiri  f.e.d.N.V.İsgəndərovanın  təşəbbüsü ilə innovativ metodla hazırlanan  elmi məqalələrin müzakirəsi keçirilir. Bu qəbildən olan ilk müzakirə 13 mart  2015-ci il SDU-nun Xarici dillər kafedrasının əməkdaşı, AMEA-ın Dilçilik  İnstitutunun doktorantı Məmmədova Jalə Eldar qızının Elektron lüğətlər və onların  tədrisdə istifadəsi mövzusunda hazırladığı elmi məqaləsinin müzakirəsi  keçirildi. Müzakirədə Xarici dillər kafedrasının əməkdaşları və  Elm və İnnovasiyalar üzrə prorektor, prof.  Məmmədov R.S, Filologiya fakültəsinin dekanı Həmzəyeva S.S, Rus dili  kafedrasının müdiri, dos. Məmmədova S.M,   Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri  dos. Aslanov Y.Y. Əcnəbi tələbələrin hazırlıq mərkəzinin rəhbəri Məmmədova S.  iştirak etdilər. Müzakirə  ilk türk dilli  lüğət olan Mahmud Kaşğarinin tərtib etdiyi "Divani lüğat it-türk"  haqqında on dəqiqəlik video materialın göstərilməsi ilə başladı. Daha sonra  müəllifin məqaləsi slayd şəkilində təqdim olundu. Müzakirə zamanı lüğətlərin  tarixindən, onların mərhələ şəkilində inkişafından, qlobal internet şəbəkənin  Leksikoqrafiyada yaratdığı dinamikadan və Elektron lüğətlərdən, həmçinin  onların istifadə metodlarından danışıldı, eləcədə mövcud online lüğətlərdən  nümunələr göstərildi. Daha sonra müəllif mimio studio (ağıllı lövhədə) xarici  dilin tədrisi zamanı elektron lüğətlərin istifadəsi yolunu izah etdi. Burada  dərs zamanı mövcud olan online və offline lüğətlərlə hiper-əlaqə yaradılaraq,  elektron lüğətlərə keçidlər edildi. Yəni xarici dildə olan mətni mimio studio  proqramına daxil edilir, mətni oxuyan zaman rastlaşdığımız yeni sözləri seçib  onu hər hansı bir online və yaxud offline lüğətlərlə hiper-əlaqə yaradılır. Tələbələr  bir düməyə toxunaraq həmin naməlum sözün mənasını (online və ya offline)  elektron lüğətdə tapmış olacaqlar. Bu elektron lüğətlər fərqli ola bilərlər.  Biri sözün etimoloji mənasın tapırsa, digəri onu izahatla verir, digəri isə  sinonim antonim qarşılığını göstərir və s. Bundan  əlavə müxtəlif proqramlarda, məsələn Microsoft Power Point-də slayd  hazırlamaqla, rəngli qrafiklər və cədvəllər tərtib etməklə, gündəlik dərsin  qrammatikasını o proqrama daxil edib, dərsin gedişatında yayımlanaraq  tələbələrə izah olunur. Bütün bu prosesslər müəllifin məqaləsində oz əksini  tapmışdır.  Müzakirənin sonunda Elm və İnnovasiyalar üzrə  prorektor prof. Məmmədov R.S öz tövsiyəsin verdi, təqdimatdan razı qaldığını  bildirdi və bu cür təqdimatların ardıcıl olmasını arzuladı. Daha sonra  Filologiya fakültəsinin dekanı Həmzəyeva S.S   öz fikirlərini müzakirə iştirakçıları ilə bölüşdü. 
Sonda kafedranın müdiri  f.e.d.İsgəndərova N.V kafedranın potensialını gücləndirmək naminə bu cür  müzakirələrin ardıcıl şəkildə aparılacağını bildirdi və hamını elmdə daha da  fəal olmağa səslədi. Müzakirənin sonunda müəllifə elmi məqalə haqqında suallar  verildi və fikir mübadiləsi aparıldı.
Mətbuat xidməti