Seminarda Elm və innovasiyalar üzrə prorektor, prof. R.S.Məmmədov,  Universitet TEC-in elmi rəhbəri dos. İ.G.Paşayev, Universitet Elmi hissenin  müdüri t.e.n.A.M.Namazov, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı  i.e.n.,dos. A.Y. Yəhyayeva, kafedra müdirləri-i.e.n.,dos. A.H. Tağıyev, i.e.n.,  dos. Q.S. Hüseynov, dos. L.F. Mahmudova və i.e.n., dos. B.Ə. Orucəliyeva,  i.e.n.,dos. M.Ö. Pənahəliyeva, f.e.e.d.,dos. Ş.S. Məmmədova,  b.m. L.F. İsmayılova, b.m. Ç.İ.İbrahimova,  b.m. İ.B.Əmirov, b.m. M.Ə.Əhmədov, baş metodist D.Ə.Əmiraslanova, b.l.  İ.M.Qurbanova, Ə.H.Əliyeva, Z.E.Haciyeva, TEC-in fakültə üzrə  elmi rəhbəri T.M.Əhmədova və digər  fakültələrin TEC üzvləri iştirak etdilər. 
  Seminarı giriş sözü ilə açan  universitet  TEC-nin elmi rəhbəri dos. İ.G.Paşayev seminar iştirakçılarını universitetin  rektoru Elxan Hüseynovun adından  qarşıdan gələn Novruz bayramı münasibəti ilə  təbrik etdi. O, universitetin rektoru Elxan müəllimin elmi seminarlara  qayğısından danışaraq bildirdi ki, seminarın  əsas məqsədi  yeniliyi olan qabaqcıl  tələbələri yaxından tanımaq, onlara bu sahədə  köməklik etməkdir. Bu gün sizdə “İqtisadiyyat  və idarəetmə” fakültəsində TEC  elmi seminarı keçirilir. 
  Elm və innovasiyalar üzrə  prorektor, prof. R.S.Məmmədova verdi. Prof. R.S.Məmmədov seminarda çıxış ederək  bildirdi ki, Azərbaycanda təhsilin inkişafına yönəlmiş kompleks islahatlar,  qabaqcıl ideyalar və layihələr cəmiyyətimizin inkişafına böyük töhfələr verir.  Son illər Azərbaycan Respublikasının Prezdenti cənab İlham Əliyevin rəhbərliyi  ilə təhsilin inkişafı istiqamətində çoxsaylı uğurlara imza atmışdır. Neft  kapitalının insan kapitalına çevrilməsi hədəfi dövlət siyasətinin prioritet  istiqamətlərindən birini təşkil edir. O eyni zamanda qeyd etdi ki, neft  tükənəndir, tükənməyən insanin elmi biliyidir. Gənc nəsil elmə yiylənməli və  sonrakı nəsillərə öyrətməlidir. Birinci kursdan kimin elmə həvəsi varsa  istiqamətləndirilməli və elmə marağı artırılmalıdır. 
  Seminarda İqtisadiyyat və  idarəetmə fakültəsinin dekanı i.e.n., dos. A.Y. Yəhyayeva çıxış edərək bildirdi  ki, bu İqtisadiyyat və idarəetmə   fakültəsində keçirilən ilk seminardı. O qeyd etdi ki, Sumqayıt Dövlət  Universitetində tələbələr üçün çox sağlam mühit yaradılmışdır. Bu gün bunun  bariz nümunəsidir ki, tələbələrin elmi məqalələri respublika xaricinə  göndərilir. Hər bir tələbənin öz sosial elmi istiqaməti olmalıdır. Tələbələrin  bu istiqamətdə inkişafı üçün əlimizdən gələn köməyi göstərməliyik. 
  Seminarda  Bayramov Bəhruz (qr.753) “Əmək və əmək haqqının uçotunun təkmilləşdirilməsi”,  Hüseynzadə Gülşən (qr.763)“Sosial-iqtisadi hadisələrin tətqiqində statistik  müşahidələrin rolu”, Alıcanov Rəsul (qr.751) “ Azərbaycanda innovasiyanın  inkişafı konsepsiyanın işlənməsi”, Hüseynov Aydın (qr.770) “ Azərbaycanda  iqtisadi fikrin formalaşması”, Əliyeva nəcimə (qr.773)  “ Pul tədavülü və pul sistemi”, Hüseynov  Sənan (qr.755) “ İqtisadi əməkdaşlıq ölkələrinin regional münasibətlərinin  problemlərinin aradan qaldırılması”, Əliyeva Könül (qr.741) “ Heyetin səmərəli  idarə olunması yolları”, Abbaslı Mehrəli (qr.753) “ Əsas vəsaitlər və onların  yeni mühasibat uçotu standartlarında tətbiqi”, Məhərrəmova Jalə (qr.770) “  Müasir şəraitdə iqtisadiyyatın dövlət tənzimlənməsinin istiqamətləri”,  Ağabalayev Taleh (qr.751) “ Menecmentdə işgüzar ünsiyyətin səmərəliliyi”,  Şirinova Fidan (qr.755) “ Marketinq tədqiqatlarının biznesdə rolu”, Əliyev  Sahil (qr.752) “ İnvestisiya və biznes fəaliyyətində riskin idarəedilməsinin  rolu” mövzularında məruzə ilə çıxış etdilər.
  Məruzələrdən  sonra iştirakçı müəllim və tələbələr çıxış edənlərə suallar verdilər və məruzələr  ətrafında maraqlı diskussiyalar aparılırdı.
  Növbəti  seminarın 04.04.2015-ci il tarixində Mühəndislik fakültəsində keçiriləcəyi qeyd  olundu.
Mətbuat xidməti