Nümayəmdəmiz beynəlxalq simpoziumda çıxış etdi
Oktyabrın 24-dən 26-dək Türkiyənin Kahramanmaraş şəhərində Atatürk Kültür, Dil və Tarix Kurumu Atatürk Araştırma Mərkəzi tərəfindən təşkil edilən “Mondros atəşkəsinin 100-cü ildönümü: I Dünya savaşının sonu, atəşkəs və sülh müqavilələri” adlı beynəlxalq simpozium keçirildi. Beynəlxalq simpoziumda 50-dək elm adamı iştirak etdi. Universitetimizi Tarix və onun tədrisi metodikası kafedrasının müəllimi Samir Kərimli təmsil edərək “Paris sülh konfransında erməni nümayəndə heyətinin antiazərbaycan siyasəti” mövzusunda çıxış etdi. Samir Kərimli tədbir müddətində Kahramanmaraşın tarixi və səfalı yerlərində, o cümlədən İstiqlal muzeyi, 1536-cı ildə inşa edilmiş Daş körpü memarlıq abidəsi və s. kimi məkanlarda oldu.
Mətbuat xidməti