Nümayəndələrimiz ERASMUS+EQAC layihəsi çərçivəsində Litvanın Vilnüs şəhərində təlimlərdə iştirak etdilər
Litvanın Vilnüs şəhərində Erasmus+ EQAC “Azərbaycan Universitetlərində Keyfiyyətin Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı layihə çərçivəsində noyabrın 4-dən 11-dək baş tutmuş təlimlərdə universitetimizi Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, Tarix və onun tədrisi metodikası kafedrasının baş müəllimi Sarvan Bədəlov, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının laborantı Nihad Hüseynov təmsil etdilər.
“Ali təhsil proqramının qiymətləndirilməsi ilə bağlı metodologiya” və “QPR - Keyfiyyət prosesinin nəticəsi, proqram təminatı” adlı mövzular Litva Ali Təhsilin Qiymətləndirilməsi Mərkəzində, Mykolas Romeris və SMK Sosial Tətbiqi Elmlər universitetlərində müzakirə olundu.
Tədbirin ilk günündə Litva Ali Təhsilin Qiymətləndirilməsi Mərkəzində və Mykolas Romeris Universitetində Ali təhsil proqramının qiymətləndirilməsi ilə bağlı metodologiya adlı təlimlər keçirildi. Təlimin məqsədi Litvada ali təhsilin qiymətləndirilməsi ilə bağlı metodologiya ilə tanışlıq, bu metodologiyanın Azərbaycanın ali təhsil sisteminə tətbiqi və imkanları, Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və mərkəzlərin iş prinsiplərinin beynəlxalq standartlara uyğunlaşdırlmasıdır. Tədbirin qalan hissəsi SMK Sosial Tətbiqi Elmlər Universitetində “QPR- Keyfiyyət prosesinin nəticəsi, proqram təminatı” adlı təlimlərlə davam etdirildi. Təlimlər boyunca iştirakçılar proqram təminatı ilə yaxından tanış oldu və mövzu ilə bağlı tapşırıqları yerinə yetirdilər. Təlimdə mövzu ilə bağlı Tarix və onun tədrisi metodikası kafedrasının baş müəllimi Sarvan Bədəlov təqdimatla çıxış etdi.
Qeyd edək ki, təlimlərdə 11 Azərbaycan Universiteti, 3 Litva Universiteti və Litva Ali Təhsilin Qiymətləndirilməsi Mərkəzinin əməkdaşları iştirak etdilər
Mətbuat xidməti