Martın 31-də  Sumqayıt Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının Kimya və biologiya  fakültəsində dekanlıq, kafedra və tələbə heyətinin 31 Mart soyqırımı gününə  həsr olunmuş tədbiri  keçirildi.
  Əvvəlcə  31 mart soyqırımında  həlak olanların ruhu bir dəqiqəlik sükutla yad edildi.
  Tədbirdə  fakültə dekanı, dosent Mahal Muradov çıxış edərək 31 Martın Azərbaycan xalqının  həyatında ən faciəli bir gün olduğunu tələbələrin diqqətinə çatdırdı. O, qeyd  etdi ki, 1813-1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri ilə  Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsası  qoyuldu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının  zəbti başlandı. Qısa bir müddətdə ermənilərin kütləvi sürətdə Azərbaycan torpaqlarına  köçürülməsi həyata keçirildi. Bu soyqırım hadisəsini  digər hadisələr kimi siz tələbələr daim  xatırlamalı və unutmamalısınız.
  Daha sonra  kafedra müdiri Musa Mustafayev və Tələbə Gənclər Təşkilatının fakültə üzrə  sədri Məhəbbət Hüseynov çıxış edərək 31 Mart soyqırımının Azərbaycan xalqınının  tarixi yaddaşında ən faciəli bir gün kimi iz saldığını diqqətə çatdırdı.
Mətbuat xidməti