Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Ramiz Hüseynov: Siyasi partiyaların YAP-a qoşulmaq istəyi Yeni Azərbaycan Partiyasının, sözün əsl mənasında, ümumxalq partiyası olduğunu bir daha sübut edir
Ramiz Hüseynov: Siyasi partiyaların YAP-a qoşulmaq istəyi Yeni Azərbaycan Partiyasının, sözün əsl mənasında, ümumxalq partiyası olduğunu bir daha sübut edir

“Cənubi Qafqazın ən mütəşəkkil siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası (YAP) siyasi mübarizələrlə dolu çətin və şərəfli bir yol keçib. Hər zaman yeni çağırışlara, müasir islahatlara açıq olan, dövlətimizin inkişafında özünəməxsus yerə malik YAP ümumxalq partiyası kimi siyasi proseslərin avanqard qüvvəsi statusunda çıxış edib. Eyni zamanda, ölkəmizdə formalaşan dialoq mühiti siyasətdə yeni tərəqqi məzmunlu konsolidasiyalara səbəb olur ki, bu mənada Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul etməsi xüsusi vurğulanmalıdır”. Bu fikirləri açıqlamasında YAP İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov deyib. Onun sözlərinə görə, siyasi partiyaların YAP-a qoşulmaq istəyi YAP-ın, sözün əsl mənasında, ümumxalq partiyası olduğunu bir daha sübut edir: “YAP ölkəmizdə milli həmrəyliyin yeni inkişaf mərhələsinin təcəssümünə çevrilir. Bu cür tendensiyalar, eyni zamanda, iqtidara qarşı olan müsbət ictimai rəyin artmasından xəbər verir. Bu, həm də ölkənin siyasi həyatında yeni demokratik məzmunlu presedentdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapır. 6 siyasi partiyanın YAP-a qoşulması faktı da Azərbaycanda milli və dövlət maraqları naminə müxtəlif siyasi qüvvələrin inteqrasiya nümunəsidir. Bu, siyasi partiyaların daha səmərəli və təsirli siyasi fəaliyyətinə səbəb olacaq bir qoşulmadır”.

Ramiz Hüseynov,
SDU-nun Humanitar məsələlər üzrə prorektoru,
YAP Sumqayıt şəhər təşkilatının sədri

 Http://yeniazerbaycan.com/SonXeber_e80554_az.html

 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az