Mehriban Əliyevadan Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı paylaşım
						
					
					
					
					
					
						Birinci vitse-prezident Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı rəsmi “Instagram” hesabında paylaşım edib. 
Paylaşımda deyilir:
“Heydər Əliyevin nurlu, xoş xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Xatirimizdədir, sevgi ilə anırıq”.
                
             