Doktorantların və gənc tədqiqatçıların XXVII (NASCO XXVII) Respublika Elmi Konfransı keçiriləcək
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Sumqayıt Dövlət Universitetinin təşkilatçılığı ilə 10-11 dekabr 2024-cü il tarixlərində Sumqayıt Dövlət Universitetində Yaşıl dünya naminə həmrəylik ilinə həsr edilmiş “Doktorantların və gənc tədqiqatçıların XXVII (NASCO XXVII)” Respublika Elmi Konransı keçiriləcək.
Bu konfransın keçirilməsində əsas məqsədi doktorantura səviyyəsində təhsilalanların və gənc tədqiqatçıların elmi-tədqiqat fəaliyyətlərinin nəticələrinin ölkədəki elm adamları ilə müzakirəsini təşkil etmək, elmi-tədqiqat yaradıcılıqlarında stimullaşdırıcı imkanları yaratmaqdır.
Konfrans bütün elm sahələrini əhatə edir. Yaşıl enerji, yaşıl iqtisadiyyat, yaşıl bacarıqlar və yaşıl həyat mövzularındakı tezislərə üstünlük veriləcəkdir.
Konfransla əlaqəli tarixlər:
Tezislərin qəbulu üçün son tarix: 10.11.2024
Qəbul olunmuş tezislərin elanı üçün son tarix: 21.11.2024
Konfrans proqramının elan olunması: 27.11.2024
Kimlər iştirak edə bilər?
Konfransda təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan vətəndaşı olan respublikada və xaricdə ali təhsil müəssisələrində və elmi tədqiqat institutlarında fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorantlar və dissertantlar, doktorantura/dissertantura təhsilini bitirmiş müdafiə ərəfəsində olan şəxslər, həmçinin fəlsəfə doktoru elmi dərəcəsi almış 35 yaşa qədər gənc tədqiqatçılar iştirak edə bilərlər.
Konfransa tezis ilə müraciətlər nasco27@sdu.edu.az elektron poçt adresinə edilir. Mövzu yerinə tezisin adı yazılır. Əlavədə tezis və tədqiqatçının məlumatlarını əks etdirən CV yer alır.
Konfransa təqdim olunacaq bütün tezislər qeyd olunan müvafiq yazı qayda və standartlarına uyğun olmalıdır. Uyğunluğu NASCO XXVII əsasnaməsi ilə yoxlanılmalıdır. Əks halda təqdim olunmuş tezislər konfransın elm komitəsi tərəfindən imtina cavabı alacaqdır. Konfransın əsasnaməsi: keçid linki
Konfransda məruzə ilə çıxış etməyən şəxslərə sertifikat verilməyəcək və onların tezisi çap olunmayacaqdır.
Həmçinin, keçiddən istifadə edərək tezis nümunəsinə baxa bilərsiniz: keçid linki
Konfransla əlaqədar hər hansı sual, təklif, problemlərlə bağlı elektron poçt ünvanına yaza bilərsiniz. nasco27@sdu.edu.az