Əhməd Vüqar oğlu Əhmədzadə 2018-ci ildə ADA Universitetinin “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisasını bakalavriat səviyyəsi üzrə, 2020-ci ildə Bakı Mühəndislik Universitetinin “İdarəetmədə informasiya sistemləri” ixtisaslaşmasını magistratura səviyyəsi üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2019-cu ildən Kapital Bankda Data elmi üzrə müxtəxəssis, aparıcı müxtəxəssis, baş mütəxəssis, ekspert, maşın öyrənmə və data analitikası üzrə daxili təlimçi vəzifələrində çalışmışdır. 2021-ci ildən Bakı Mühəndislik Universitetində İT fənlər tədris etmiş, bakalavr tələbələrinin diplom və təcrübə rəhbərləri olmuşdur. 2022-2024-cü illərdə müxtəlif universitetlərdə - Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında İT fənləri tədris etmişdir.2022-ci ildən Azərbaycan Respublıkası Elm Və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunda doktorantura təhsili alır. İnformasiya texnologiyaları sahəsində beynəlxalq təcrübənin öyrənilməsi ilə bağlı xaricdə müəllimlərin mübadilə proqramı, fakültə təlim proqramlarında iştirak etmişdir. İT sahəsində bir çox yerli təlim, tədbirlərdə iştirak etmiş və müxəlif müsabiqələrdə münsif olmuşdur. 2024-cü ilin avqust ayında Sumqayıt Dövlət Universitetində Rektorun müşaviri vəzifəsinə təyin olunub.