Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Rektorun müşaviri
Rektorun müşaviri
Günay Kazımzadə 2019-cu ildə Almaniyada süni zəka üzrə “İlin gənc tədqiqatçısı” seçilib, ”Mercedes-Benz Consulting” şirkətinin Süni intellekt üzrə baş məsləhətçisi, “Google” şirkətinin xanımlar üçün təsis etdiyi qrantın ilk azərbaycanlı qalibidir.  O, Prezident mükafatçısı olmaqla yanaşı, TED-də Süni Zəka üzrə çıxış edən ilk azərbaycanlı xanımdır. Günay Kazımzadə Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında Tətbiqi riyaziyyat, Bonn Universitetində Kompüter elmləri üzrə təhsil alıb, hazırda Berlin Texniki Universitetində Kompüter Elmləri-Süni İntellekt ixtisası üzrə doktoranturada oxuyur. Kazımzadə Almaniyanın Vayzenbaum İnstitutunda tədqiqatçı olaraq Süni Zəka, İnklüzivlik və Qərəzlilik mövzuları üzrə araşdırmalar aparıb, Avropa və Amerikada 100-dən çox elmi-texniki konfranslara dəvət olunub, çıxışlar edib. Oksford Universitetində Süni Zəka üzrə xüsusi proqramı bitirən Günay Kazımzadə Lütfi Zadəyə həsr olunan “Rəqəmsal İdarəetmə üçün Süni İntellekt” üzrə beynəlxalq konfransın, habelə data müsabiqəsində təşkilat komitəsinin rəhbəri olub. Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizovun 1 may 2024-cü il tarixli əmri ilə o, SDU-da Rektorun müşaviri vəzifəsinə təyin edilib.

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az