XX əsr Azərbaycan faciələri
Quzeydə mart faciəsi
Tarix boyu istər Quzey Azərbaycan, istərsə də Güney Azərbaycan türklərinə qarşı yadelli işğalçılar və qonşu xalqlar tərəfindən daim amansız qırğınlar törədilib. Azərbaycan türklərini faciəsi Gülüstan və Türkmənçay müqavilələri nəticəsində ikiyə bölünməsindən, bir az da keçmişə qayıtdıqda Çaldıran döyüşündən başlanır. Çaldıran döyüşündə zəmanənin iki superdövləti: Azərbaycan Səfəvilər dövləti ilə Osmanlı imperiyası qarşı-qarşıya gəldi və bu qanlı döyüşdən sonra Qızılbaş dövlətində Azərbaycan türklərininmövqeyi zəiflədi. Şah İsmayıl Xətainin qurduğu böyük və bütöv Azərbaycan dövlətinin əsasları sarsılmağa, bütövlüyü pozulmağa başladı. Bunun məntiqi nəticəsi özünü Gülüstanvə Türkmənçay müqavilələrində göstərdi. Azərbaycan Rusiya və Qacar dövləti (o vaxt paytaxtı Tehran olan dövlət hələ İran adlanmırdı – red) tərəfindən iki yerə parçalandı. VəAzərbaycan türklərinin faciələri başlandı. Tülkü kimi marıqda dayanmış azsaylı millətlər millətimizi zəif və parçalanmış görüb böyük müttəfiqlərinə arxalanaraq üstümüzə ayaq açmağa başladılar. Vətənin Quzeyində yaşayan Azərbaycan türkləri rus-erməni fitnəkarlığına, vəhşiliklərinə hədəf oldu, Güney türkləri isə fars-kürd-assur birləşmələrinin basqılarına məruz qaldı. Bütün həmlə və basqıların bir məqsədi, tək amacı vardı: qədim-qayım türk yurdlarına sahiblənmək.
XX əsrin əvvəli Azərbaycan türkləri üçün daha ağır oldu. Quzey Azərbaycan türkləri rus fitnəsinə aldanan erməni başkəsənlərinin qanlı soyqırımlarına məruz qaldı. Azərbaycan Sovet tarixşünaslığında "erməni-müsəlman davası" kimi əks olunmuş birinci qarşıdurma 1905-ci ildə baş verdi. Yaponiya ilə müharibədə uduzmuş Rusiya imperiyası daxilində ziddiiyyətlər baş qaldırdı. Çar hökuməti zəiflədi. Bundan istifadə edən daxili narazı qüvvələr çarizm əleyhinə hərəkata başladılar. Romanovlar bunun qarşısını almaq, Rusiya imperiyasının bütövlüyünü qoruyub saxlamaq üçün hiyləyə əl atdılar. İmperiya daxilində yaşayan millətləri üz-üzə qoydular. Hər zaman rus imperiyasının əlində sözəbaxan köpək olmuş ermənilər bu dəfə də fitnəkar missiyanı qəbul etdilər və Azərbaycan türklərinə qarşı qanlı qırğınlar törətdilər. Hadisələrin əndazəni aşdığını görən ruslar qırğını dayandırmağa məcbur oldular. Quzey Azərbaycan türklərinin ikinci ən böyük qətliamı 1918-ci ildə baş verdi. Həmin vaxt da eyni ssenari işə düşdü. Devrilmiş Rus çarizminin yerində qalmış oyuncaq hökumətlər imperiyanı qoruyub saxlamaq üçün etnik münaqişələri qızışdırdılar. İmperiyadan qalan silahları ələ keçirən erməni hərbi birləşmələri həmin ilin mart ayında Quzey Azərbaycanın Qarabağ, Naxçıvan, Quba, Lənkəran, Bakı və digər bölgələrində qanlı qırğınlar törətdilər, xalqımızı soyqırıma mərzu qoydular. HazırdaAzərbaycan Respublikası dövləti həmin hadisələr zamanı şəhid olmuş soydaşlarımızın xatirəsini əziz tutmaq üçün 31 martı azərbaycanlıların soyqırımı günü kimi qeyd edir. Amma unutmaq olmaz ki, Azərbaycan türklərinin soyqırımı təkcə Quzeydə həyata keçirilməyib. Quzeydə qətliam törədən həmin qüvvələr öz çirkin niyyətlərini vətənimizin Güneyində də icra ediblər.
Urmu, Salmas və Xoy qətliaamları
Uzun müddət Azərbaycan tarixşünasılığında belə fikir formalaşıb ki, Güney Azərbaycan türkləri milli soyqırım siyasətinə yalnız 1924-cü ildə fars Pəhləvilərin hakimiyyətə gəlməsindən sonra üzləşməyə başlayıblar. Əslində isə belə deyil. Güney türkləri təkcə 1946-cı ildə-Pişəvəri hökuməti devriləndən sonra kütləvi qırğına məruz qalmayıblar. Nə yazıqlar ki, soydaşlarımız türk Qacarlarına hakimiyyətdə olduğu illərdə də qırğınlara məruz qalıblar. Türkmənçay müqaviləsindən, Arazdan quzeydəki torpaqlar Rusiyaya birləşdikdən sonra Azərbaycan türklərinin, eləcə də Qacarlar sülaləsinin mövqeyi zəifləməyə başladı. Fars şovinistləri saraya ayaq açmağa, dövlət siyasətinə təsir etməyə başladılar. XX əsrin əvvələrində İranda baş vermiş inqilablardan sonra Qacarların mövqeyi bir az da zəiflədi. Artıq 1915-1924-cü illərdə fars şovinistləri hakimiyyət çevrilişinin əsasını qoymuş, bazasını yaratmışdılar. Hakimiyyətdə türk sülaləsi olsa da, Azərbaycan türkləri hakim xalq statusunu itirməyə başlamışdı. Tərslikdən həmin illərdə Birinci dünya müharibəsi gedirdi və nə yazıq ki, bu savaşda iqtirak edən yeganə türk dövləti-Osmanlı öz müttəfiqləri ilə birgə məğlub duruma düşmüşdü. Bölgə nəzarətdən çıxmış, ərazidə rus silahı ilə silahlanmış ermənilər at oynadırdılar. Onlar üçün türk hər yerdə türkdür və hər yerdə düşməndir. 1918-ci ildə Quzey Azərbaycan türklərinə divan tutmuş, Qarabağda,Qubada, Şamaxıda, Bakıda, Naxçıvanda, Lənkəranda qanlı qırğınlar töbətmiş erməni qaniçənləri bu əməlləri bir az əvvəl-1915-ci ildə Güney Azərbaycanda törətmişdilər. 1915-ci ildə Urmu və Salmasda Petros adlı erməni komandanı öz quldur dəstəsi ilə azərbaycanlılara basqın edir. Əsgərxan məhəlləsində qanlı döyüşlər başlayır. Ermənilər evlərə və məhəllələrə vəhşicəsinə basqınlar edərək dinc əhalinin qətlə yetirir, qoca və qadınlara, uşaqlara belə aman vermirdilər. 159 gün davam edən qanlı qırğınlar nəticəsində 150 minAzərbaycan türkü qətlə yetirilir. Salmasdan Urmiyaya qədər hər bir azərbaycanlı ailəsi şəhid verir. Xarici dairələrdən dəstək alan erməni daşnakları 1917-ci ildə 4 nəfərlik təpədən-dırnağa qədər silahlanmış quldurları Andronikin rəhbərliyi ilə Xoy şəhərinə göndərirlər.
Qanlı çərşənbə və ya Cilovluq faciələri
Bu faciə haqqında təəsüflər olsun ki, Azərbaycan tarixşünaslığında bircə kəlmə belə yoxdur. Son araşdırmalar göstərir ki, Güney Azərbaycanın qərbində baş vermiş soyqırımların nəinki bölgədə, dünyada analoqu yoxdur. Dünyanı kandarmağa çalışan, xarici dövlətlərin parlamentlərində qondarma "erməni soyqırımı"nı tanıdan erməni lobbiləri, onlara dəstək verən qüvvələr nədənsə dəhşətli Cilovluq faciəsindən danışmırlar. Maləsəf, Quzeydə də bu antibəşəri faciəyə gərəknə qiymət verilməyib. Hadisə 1918-ci ilin martında, Novruz bayramının sonuncu çərşənbəsində baş verib. Bölgədə maraqları olan Böyük Britaniya, Fransa və Rusiyadan dəstək alan ermənilər Urmiya gölü ətrafında "Kiçik Ermənistan dövləti" yaratmaq istəyirdilər. Qərbdə cızılmış, İngiltərə, Fransa və Rusiya tərəfindən himayə olunan bu ssenaridə ermənilərlə yanaşı assurilər də iştirak edirdi. Onların məqsədi türk torpaqları hesabın aözlərinə dövlət qurmaq idi. Plana əsasən, Qərbi Azərbaycan torpaqlarında, Urmu gölünün ətrafında erməni-assuri-kürd dövləti yaradılmalı idi. Bu koalisiyada ermənilərlə daha sıx birləşmiş assurilər dini mənşəcə xristian idilər və Türkiyənin Cilov adlanan ərazisindən köçmüşdülər. 40 min asasurinin Urmu əraizsinə köçürülməsi də xristian Qərbin siyasəti idi. Onlar bölgədə xristian əhalinin say tərkibini süni surətdə çoxltmaq və türk torpaqlarında yeni xaçpərəst dövlət qurmaq istəyirdilər. Nə yazıqlar ki, onların bu iyrənc planına ilkin dövrdə müsəlman kürdlər də dəstək verirdi.
Silahlı kürd dəstələrinə Smitko adlanan İsmayıl xan, ermənilərə Petros ağa, xristian assurilərə isə Marşimon başçılıq edirdi. Birlşəmiş koalisiyanın bütün hərəkət planları Qərbdə hazırlanmış, hətta silahlı quldur dəstələri belə xaricin dəstəyi ilə silahlandırılmışdı. Məsələn, birləşmiş koalisiya qüvvələrin 30 minlik ordusunda rus və fransız zabitləri xidmət edirdi. Urmu, Salmas və Xoy şəhərlərində Azərbaycan türklərinə qarşı qətliam hadisələri 1918-ci ilin fevralından başlanmışdı. Məqsəd bölgədə böyük federativ dövlət yaratmaq idi. Ermənilər bu oyuna assuriləri və müsəlman kürdləri də qata bilmişdilər. Birləşmiş erməni-kürd və assuri dəstələri fevral-mart ayları boyunca Urmu, Xoy və Salmasın ayrı-ayrı kəndlərində türk əhalisinə divan tutmuş, qarət etmiş, dinc əhalini qətlə yetirmişdilər. Dinc türk əhali yaşayan kəndlərə basqınlar edilir, qadın və uşaqlar, qocalar güllənir, qılıncdan keçirilir, xalq yerindən-yurdundan qaçaq salınırdı. Cilovluq faciəsinin zirvə nöqtəsi isə 1918-ci ilin martında Novruz bayramının axırıncı çərşənbəsində baş vermişdi. Novruz bayramının sonuncu çərşənbəsi birləşmiş koalisiya Urmu şəhərinin türk əhalisinə 24 saat ərzində əldə olan silahları təhvil verməyi tələbini qoydu. Bu tələb yerinə yetirilməyincə gözünü qan örtmüş erməni-kürd-assuri hərbi birləşmələri şəhərə hücum edərək ev-ev gəzib silah axtarmağa başladılar. Əslində Urmu əhalisində o qədər də silah yox idi. Bu tələb əhalini soyqırıma məruz qoymaq üçün bəhanə idi. Birləşmiş koalisiya bu qırğınla türk əhalisin gözünə qorxutmaq, onları yurdlarından digərgin salıb bu ərazilərə sahiblənmək istəyirdi. Vəhşi koalisiyanın silahlı dəstələri evlərə doluşaraq əhalini qarət edir, qadınların zinət əşyalarını oğurlayır, insanların namusuna toxunur, min bir alçaqlıqlara əl atırdılar. Müqavimət göstərənlər kütləvi şəkildə güllələnir, kişilər əsir aparılırdı. Güneydə indi də qara çərşənbə kimi xatırlanan həmin müdhiş gündə Urmu əhalisi şəhərdə yerləşən karvansaraya dolduruldu və diri-diri yandırıldı. Cilovluq faciəsindən sonra qırğınlar bütün Urmu vilayətinin kəndlərini əhatə etdi. Birləşmiş koalisiyanın işini Naxçıvandan keçməkləTürkiyədən gələn erməni paşası Andronik asanlaşdırırdı. Yolu üstündəki türk kəndlərinin amansızlıqla talayan, əhalini qıran Andronik Urmuda birləşmiş koalisiya ilə birləşmək istəyirdi. Lakin bu zaman erməni-assur-kürd koalisiyası dağıldı. Smitko niyyətin xristian dövləti qurmaq olduğunu, müsəlman kürdlərin oyundan kənar qoyulduğunu görüb hiyləyə əl atdı. Koalisiyadan çıxan Smitko aldadılmağının acığını asuriləri başçısından çıxdı. Assurilərin başçısı Marşimonu Salmasa çağıran Smitko onu orada qətlə yetirdi, onunla gələn adamlarını isə qılıncdan keçirdi.
Azərbaycanlıların qırğını Osmanlı türklərinin gəlişindən sonra da davam edir. 1918-ci ilin martın sonu, aprelin əvvəllərində türklər Güney Azərbaycan ərazisinə daxil olur və soydaşlarımızın kütləvi qətliamına son qoyurlar. Qəhraman türk əsgərləri erməni-assuri birləşmələrinin Urmu gölü vasitəsilə Təbrizə girmələrinin qarşısını alır, erməni quldurlarının qayıqlarını göldə batırırlar. Dağlara qaçan erməni quldurları ta 1919-cu ilin fevralına qədər kəndələr enib türk əhalisinə divan tutmaqda davam edirlər.
Cilovluq vəşhətinə ən güclü müqavimət Xoyda baş verir. Şəhər əhalisi ermənilərin hiyləsinə baxmayaraq, şəhər qapılarını onların üzünə açmırlar. Bununla belə Urmu, Xoy vəSalmasda birləşmiş koalisiya amansız qırğınlara törədə bilir. İran tarixçisi Əhməd Kəsrəvinin yazdığına görə, Cilovluq hadisələri zamanı 100 min Azərbaycan türkü qətlə yetirilib.Urmiyalı tarixçi Ayrumlu bu rəqəmi bir az da artırır. Son araşdırmalardan sonra Ayrumlu bu nəticəyə gəlir ki, öldürülən, soyqırıma məruz qoyulan azərbaycanlıların sayı 300 min nəfər olub.
Ermənilərin Urmunu ələ keçirmək planı puç oldu
Yadellilərin və namərd qonşularımızın Urmu aə ətraf ərazilərə göz dikmələri təsadüfi deyildi. Urmu gözəl təbiəti, münbit torpaqları, səfalı iqlimi olan bir ərazi idi. Güneyin başkəndi Təbrizdən sonra ikinci şəhər olan Urmu abad bir şəhər idi. Urmu vilayətində tarixən Azərbaycan türkləri sayca çoxluq təşkil etmişlər. Dəqiq məlumata görə, 1918-ci ildə Urmu vilayətində 300 əhali yaşayırdı. Onların 85 faizdən çoxunu azərbaycanlılar təşkil edirdi. Onlar şəhər və vilayətin 699 kəndində yaşayırdılar. Urmu civarında olan 50-yə yaxın kənddə 20 min civarında assur, 6 min nəfərə yaxın isə erməni əhali məskunlaşmışdı. Qərbin xristian dairələrindən təlimat alan erməni və assurlar türklər yaşayan əraziləri ələ keçirmək, əhalinin xristianlaşdırmaq və xaçpərəst dininin miqyasının genişləndirmək məqsədi güdürdülər. Bundan əlavə Urmu, Xoy, Salmas Güney Azərbaycanın batsında yerləşirdi. Erməni-assur federasiyası qurmaq istəyən qüvvələrin niyyəti bu əraziləri sonradan Ermənistana birləşdirmək və ərazidə böyük türk zolağının qarşısını kəsmək idi. Qeyd edək ki, krməni və assurilər İngiltərə və Rusiyanın fitnəsinə gedərək birinci dünya savaşında Osmanlı Türkiyəsinə qarşı savaşır, türklərin məğlub olması üçün Osmanlı dövlətinə arxadan zərbə vururdular. Lakin onların niyyəti baş tutmadı. Yüz minlərlə qırğın verməsinə baxmayaraq, qəhrəman Güney Azərbaycan türkləri Osmanlı qardaşlarının yardımı ilə batı torpaqlarında erməni-assuri qondarma dövlətinin yaranmasına imkan vermədilər. Kütləvi qətliama baxmayaraq silahsız Xoy, Urmu və Salmas əhalisi düşmənə müqavimət göstərdilər. Neçə-neçə erməni-assur qulduru məhv edildi. Terroçu dəstələr türklərin köməyi ilə əzildi, torpaqlarımızdan çıxarıldı. Bütün bunlar, Cilovluq faciəsi ilə bağlı həqiqətlər yenidən araşdırılmalı, işıqlandırılmalı, xalqa və dünya ictimaiyyətinə çatdırılmalıdır. Ermənilərin, assurilərlə birlikdə Urmuda törətdikləri antibəşəri cinayət hüquq-siyasi qiymətini almalı, baş vermiş cinayət faktları ilə əlaqədar beynəlxalq məhkəməyə müraciət olunmalıdır. Ən əsası, dünya azərbaycanlıranın diqqətinə çatdırılımalıdır ki, azərbaycanlıların soyqırımı günü təkcə 31 mart deyil. Azərbaycan türklərinin ən böyük faciəsi Urmuda başv ermiş Cilovluq hadisəsidir. İstər Quzeydə, istər Güneydə, istərsə də diaspora təşkilatları tərəfindən Amerika və Avropa ölkələrində soyqırımla bağlı keçirilən tədbirlərdə Cilovluq hadisələri də xatırlanmalı, Azərbaycan türklərinə qarşı törədilmiş vandilzm aktı pislənməlidir. Urmu, Xoy, Salmas hadisələri elmi mərkəzlər tərəfindən, elmi-təhqiqat institutuları tərəfindən araşdırılmalı, faciə barədə elmi monoqrafiyalar işlənməli, kitablar yazılmalı, sənədli filmlər çəkilməlidir. Keçmişimizi doğru öyrənməsək, faciələrdən nəticə çıxarmasaq, soqyrıma məruz qalmıh güneyli soydaşlarımızın qanının batmasına izn versək, tarix bizi bağışlamayacaq, milli düşmənlərimizin yeni-yeni fitnəkarlıqları ilə üzləşəcəyik.
Ciloluq faciəsilə ilgili seçilmiş məqalə Bu məqalə İsveç-Azərbaycan Strateji və Araşdırmalar Mərkəzinin Sədri Məmmədrza Ağapurun təsdiqilə mərkəzə göndərilən məqalələr içindən seçilmişdir