Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Texniki Təchizat Departamenti
Texniki Təchizat Departamenti
SDU-nun Elmi Şurasının 13.10.2023-cü il tarixli 01 saylı protokoluna əsasən təsərrüfat işlərinin daha çevik və səmərəli fəaliyyətini təşkil etmək məqsədilə universitetdə fəaliyyət göstərən İnformasiya Texnologiyaları Mərkəzi, Mülki müdafiə və yanğından mühafizə qərargahı, Təsərrüfat, Texniki istismar, Təchizat şöbələri birləşdirilərək Texniki Təchizat Departamenti yaradılmışdır. 17.10.2023-cü ildən Tahir Hatəm oğlu Məmmədli Departamentin müdiri vəzifəsinə təyin olunmuşdur.
Tahir Hatəm oğlu Məmmədli 1991-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2014 -cü ildə Neft və Sənaye Universitetinin Kimya Mühəndisliyi fakültəsini bitirmişdir. 2015-2020-ci illərdə bir çox özəl şirkətlərdə, 2020-ci ilin aprel ayından Azərbaycan Respublikası Təhsil İnstitutunda Təsərrüfat və texniki xidmət şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür, ailəlidir 1 övladı var. 
İnformasiya Texnologiyaları Mərkəzi: SDU-da İKT avadanlıqlarının tədris və elmi tədqiqat sahəsində istifadəni, vahid kompüter şəbəkəsinin, internet səhifəsinin yaradılması, təkmilləşdirilməsi, onların işinin təşkil olunmasını, keyfiyyətli və fasiləsiz internet bağlantısının təmin edilməsi sahəsində işlərin təşkilini və tənzimlənməsini həyata keçirir. Müvafiq məlumat bazalarının formalaşdırılması, genişləndirilməsi və mövcud informasiya idarəetmə sistemlərinə texniki dəstək verir.
Mülki Müdafiə və yanğından mühafizə qərargahı: Mülki Müdafiə məsələlərinin həll edilməsi, fövqəladə hadisələrin baş verməsinin qarşısının alınmasında profilaktik tədbirlərin həyata keçirilməsini təmin edir.
Təsərrüfat şöbəsi universitetin struktur bölmələrində,Tələbə evində təsərrüfat xidməti üzrə işləri həyata keçirir və müəyyən öhdəlikləri yerinə yetirir. Təsərrüfat şöbəsi avadanlıqların saxlanılmasında, onların bərpa edilməsində, eləcə də otaqlarda, auditoriyalarda və onlara əlavə edilmiş ərazilərdə təmizliyə riayət olunmasını təmin edir.
Texniki istismar şöbəsi hasilat sahəsinin enerji daşıyıcı və elektrik enerjisinin fasiləsiz işini təmin edir. Texniki avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və saz vəziyyətdə saxlanılmasını təmin edir.
Təchizat şöbəsi universitetin avadanlıq, dəftərxana ləvazimatları, təsərrüfat malları ilə əlaqədar görülən işləri həyata keçirir. Şöbə anbardan səmərəli istifadəni, anbara daxil olan malların qəbulunu, yerləşdirilməsini və buraxılmasını təmin edir.

 

 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az